Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ÇOX ŞİRİNDİR DOĞMA DİLİM

0


  •            Ana dilimiz xalqımızın namusu, tarixi,
    vicdaındır (Səməd Vurğun)








                                                                                                                                                                    Əziz vətəndaşlar, gərək öz doğma dilimizə dərin hörmət və sevgi bəsləyək. Dilimizin saflığını göz bəbəyımiz kimi qoruyaq. Acı həqiqət olsa da bir çox soydaşlarımız dilimizin qrammatik qaydalarını bilmədikləri qalsın bir yana, guya çox bilirlərmiş kimi doğma dilimizi danışarkən bəzi yabancı sözlərdən istifadə edərək onun gözəlliyini itirirlər. Təəssüflər olsun ki, bunu ziyalılarımızdan da edənlər olur. Məncə insan öz dünyagörüşünü, savadını və
    vətənə sevgisini bildirməsi üçün heç olmasa həmişə öz doğma dilində düzgün danışmağa cəhd etməli, dilimizdə danışarkən digər millətlərin dillərindən istifadə etməməlidir. Dilimiz bizim mənəvi dəyərimizdir. Dil ürəkdəki duyğuları ifadə etmək üçün vasitədir. Əsrlər boyu dilimizi məhv etməyə çalışmışlar. Bütün cəhdlərə baxmayaraq Azərbaycan xalqı öz dilini qoruyub saxlayıbdır.






        Milli liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin də dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. O,
    ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Milli lider ana dili haqqında deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini,
    dövlət dilini mükəmməl bilməlidir". 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Böyük öndərin
    2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu
    tarixi sənəd ana dilimizə yeni nəfəs, yüksəliş verdi.

       Dilimiz Azərbaycan xalqının keçmişi, bu gün bir xalq kimi var olmağımız və gələcəyimizin güzgüsüdür. Ona görə də dilimizi yabancı dillərlə korlamamaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir vətəndaşın borcudur.





       Azərbaycan dili ən poetik, ən şirin,
    ən zəngin dillərdən biridir. Gəlin doğma dilimizin sözün həqiqi mənasında dəyərini bilək.


    Çox şirindir doğma dilim



    Xalçaların naxışıdır,

    Nurlu bulaq axışıdır,

    Dədə Qorqud alqışıdır.

    Şadlıq etsin Oğuz elim

    Çox şirindir doğma dilim.



    Ana südü qədər təmiz,

    Dilim mənə candan əziz,

    Qoymaq üçün dünyada iz.

    Şən nəğmələr yazır əlim,

    Çox şirindir doğma dilim.



    O
    mənim saf məhəbbətim,

    Şirin-şəkər, bal-şərbətim,

    Sözə yoxdur qənaətim.

    Tükənməyəm varım,
    ləlim

    Çox şirindir doğma dilim.

















    Qalib Nəğməkar
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib35 dəfə
    ÇOX ŞİRİNDİR DOĞMA DİLİM

    Maraqlı gələ bilər
    14